Şənbə, 23 May, 2026
Tarix: 23 May 2026 19:58
“İranın son təklifini müzakirə etmək üçün günün sonunda görüş keçirəcəyik”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios”a açıqlamasında bildirib.
“Çox güman ki, müharibəni davam etdirib-etdirməmək barədə bazar gününə qədər qərar veriləcək”, - deyə Tramp bildirib.
Tramp onu da qeyd edib ki, İranla razılaşma əldə olunması və ya yenidən hərbi əməliyyatların başlaması ehtimalı əllinin əlliyədir. O deyib ki, İranla ya yaxşı razılaşma bağlanacaq, ya da ABŞ onları çox ağır şəkildə vuracaq.
Tramp vurğulayıb ki, razılaşma mütləq uranın zənginləşdirilməsi və İranın mövcud uran ehtiyatının taleyi kimi əsas nüvə məsələlərini əhatə etməlidir.
Donald Tramp İran danışıqlar müharibəMənbə: apa.az