Bazar, 24 May, 2026
Tarix: 24 May 2026 10:29
ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. APA xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar paylaşımında bildirib. “ABŞ Prezidenti Donald Trumpın liderliyini, onun dialoq və diplomatiyaya sadiqliyini, həmçinin ABŞ Vitse-prezidenti J Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və bütün ABŞ komandasının davamlı iştirakını yüksək qiymətləndiririk. Məhz onların prosesə daimi cəlb olunması hazırkı danışıqlarda mühüm irəliləyiş əldə edilməsinə kömək edib”, – deyə Məhəmməd İshaq Dar X sosial şəbəkəsində yazıb. Pakistanlı nazir həmçinin İran rəhbərliyinə fikir ayrılıqlarının sülh yolu ilə həllinə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib.
Məhəmməd İshaq Dar Pakistan İslam Respublikasının Baş nazirinin müavini xarici işlər naziri ABŞ İranMənbə: apa.az