Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib, 2 nəfər ölüb, 44 nəfər yaralanıb - YENİLƏNİB-1

Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib, 2 nəfər ölüb, 44 nəfər yaralanıb - YENİLƏNİB-1

Tarix: 24 May 2026 10:50

Rusiya Ordusunun mayın 24-nə keçən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfər ölüb, daha 44 nəfər yaralanıb.

APA xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bunu "Telegram"-da paylaşımında bildirib.

Vitali Kliçko qeyd edib ki, yaralanan 44 nəfərdən 28-i xəstəxanaya yerləşdirilib: “Onların arasında vəziyyəti orta ağır olan iki uşaq da var. Daha üç yaralının vəziyyəti ağırdır. 16 zərərçəkənə tibbi yardım ambulator şəkildə göstərilib”.

***

saat 08.44

Rusiya ordusu səhər saatlarına qədər paytaxt Kiyevi raket və dronlardan atəşə tutub.

APA xəbər verir ki, hücumlar nəticəsində Kiyevdə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa hücumların olduğu bölgələrdə yanğın və dağıntıların olduğu bildirilir.

Paytaxtın Şevçenkivski rayonunda bir nəfərin ölməsi ilə bağlı da məlumat var.

Kiyev Dövlət Hərbi Dairəsinin rəisi Timur Tkaçenko şəhər üzrə 40-dan çox obyektin zədələndiyini bildirib. Hücumların nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.

***

02:47

Ukraynanın paytaxtı Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub.

APA xəbər verir ki, Kiyevin Şevçenkivski, Dnepr və Podilski rayonlarına zərbələr endirilib.

Raketlərin düşdüyü yerlərdə yanğınlar baş verib, yaşayış binalarına ziyan dəyib.

Kiyev Ukrayna Rusiya

Mənbə: apa.az

Xəbər Lenti