Bazar, 24 May, 2026
Tarix: 24 May 2026 12:44
Rəsmi Moskva Ukraynaya "Oreşnik" raketi ilə cavab zərbələri endirdiyini təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi komandanlıq və idarəetmə obyektlərinə, hava bazalarına və müdafiə müəssisələrinə "Oreşnik" sistemi, "İsgəndər", "Kinjal" və "Tsirkon" raketlərindən istifadə edərək kütləvi zərbə endirib.
Təyin olunmuş bütün hədəflərin vurulduğu bildirilib.
Fərid Əkbərov Rusiya Ukrayna "Oreşnik" raketiMənbə: apa.az