Aİ ABŞ və İran arasında mümkün razılaşması ilə bağlı gözləntilərini açıqlayıb

Aİ ABŞ və İran arasında mümkün razılaşması ilə bağlı gözləntilərini açıqlayıb

Tarix: 24 May 2026 14:44

Avropa İttifaqı ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı gözləntilərini açıqlayıb. APA-nın xəbərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen X sosial şəbəkəsində ABŞ və İran arasında mümkün sülh razılaşması ilə bağlı danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirib. “ABŞ və İran arasında razılaşmaya doğru əldə olunan irəliləyişi alqışlayıram. Bizə münaqişəni həqiqətən aradan qaldıran, Hörmüz boğazını yenidən açan və rüsumsuz tam gəmiçilik azadlığını təmin edən saziş lazımdır. İrana nüvə silahı hazırlamağa imkan verilməməlidir”, - deyə Ursula von der Leyen vurğulayıb.

Ursula von der Leyen Avropa Komissiyasının Prezidenti ABŞ İran

Mənbə: apa.az

Xəbər Lenti