Bazar, 24 May, 2026
Tarix: 24 May 2026 18:18
İranla razılaşma tamamilə məndən asılıdır. ABŞ Prezidenti Donald Tramp bu barədə “ABC News” telekanalına telefonla müsahibəsində danışıb. “Razılaşmanın əldə olunub-olunmayacağı tamamilə məndən asılıdır. Əgər hər hansı xəbər olacaqsa, bu yalnız yaxşı xəbər olacaq, mən pis razılaşmalar bağlamıram”, – deyə ABŞ Prezidenti bildirib. O, mümkün razılaşmanın detalları barədə əlavə məlumat verməkdən imtina edib.
Donald Tramp ABŞ Prezidenti İranMənbə: apa.az