Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə özünü müdafiə hüququnu təsdiqləyib

Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə özünü müdafiə hüququnu təsdiqləyib

Tarix: 24 May 2026 21:05

ABŞ Prezidenti Donald Tramp İsrailin bütün cəbhələrdə, o cümlədən Livanda özünü müdafiə etmək hüququnu dəstəklədiyini bir daha təsdiqləyib.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" hesabında paylaşım edib.

“Gecə saatlarında Tramp ilə İranın nüvə proqramı üzrə yekun razılaşma ilə bağlı danışıq apardım. Tramp İsrailin bütün istiqamətlərdə, o cümlədən Livanda təhdidlərə qarşı özünü müdafiə hüququnu bir daha təsdiqlədi”, - deyə Netanyahu qeyd edib.

İsrail ABŞ Donald Tramp Livan

Mənbə: apa.az

Xəbər Lenti