KİV: ABŞ İranın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyini gözləyir

KİV: ABŞ İranın bir neçə gün ərzində sülh sazişini təsdiqləyəcəyini gözləyir

Tarix: 24 May 2026 22:58

ABŞ administrasiyası İran tərəfinin yaxın günlərdə sülh sazişini təsdiqləyəcəyini gözləyir.

APA xəbər verir ki, bu barədə "Axios" portalı mənbəyə istinadən məlumat yayıb. Mənbə qeyd edib ki, tərəflər hələ bir sıra detallarla bağlı razılığa gəlməyiblər.

“Razılaşmanın bəzi elementləri üzrə danışıqlar davam edir”, - deyə amerikalı rəsmi bildirib.

Vaşinqton hesab edir ki, sazişin İran rəhbərliyi tərəfindən tam təsdiqlənməsi üçün bir neçə gün tələb olunacaq.

Mənbə əlavə edib ki, İranın ali rəhbəri Müctəba Xamenei sazişin ümumi konturlarını təsdiqləyib, lakin bunun yekun razılaşma olub-olmayacağı hələ məlum deyil.

ABŞ İran sülh sazişi danışıqlar

Mənbə: apa.az

Xəbər Lenti