ABŞ dövlər katibi: Tehran Vaşinqtonun şərtlərini qəbul etsə, fayda əldə edəcək

ABŞ dövlər katibi: Tehran Vaşinqtonun şərtlərini qəbul etsə, fayda əldə edəcək

Tarix: 24 May 2026 23:58

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Tehran Vaşinqtonun Ormuz boğazı və nüvə proqramı ilə bağlı şərtlərini qəbul edərsə, bundan fayda götürəcək. Rubio bunu “India Today” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ İranın Ormuz boğazını açmasını, ciddi danışıqlara başlamasını və nüvə silahına sahib olmayacağına dair öhdəlik götürməsini istəyir.

Rubio qeyd edib ki, Vaşinqton həmçinin uranın zənginləşdirilməsi və yüksək zənginləşdirilmiş uran məsələlərinin də həllini tələb edir.

“Boğaz dərhal və tam şəkildə açılmalıdır. Bu, birinci mərhələdir”, - deyə Rubio vurğulayıb.

rubio abş iran

Mənbə: apa.az

Xəbər Lenti