KİV: ABŞ və İran Hörmüz boğazının açılmasını nəzərdə tutan saziş üzrə razılığa gəlib

KİV: ABŞ və İran Hörmüz boğazının açılmasını nəzərdə tutan saziş üzrə razılığa gəlib

Tarix: 25 May 2026 03:18

Vaşinqton və Tehran Hörmüz boğazının açılmasını nəzərdə tutan saziş üzrə prinsipial razılığa gəliblər.

Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, tərəflər əsas məsələlər üzrə ortaq mövqe əldə etsələr də, boğazda gəmiçiliyin nə vaxt bərpa olunacağı və neft qiymətlərinin nə zaman aşağı düşəcəyi hələ məlum deyil.

Qəzet həmçinin qeyd edir ki, mümkün razılaşma əldə olunacağı təqdirdə İranın Hörmuz boğazına hansı formatda nəzarət edəcəyi də hələ dəqiq müəyyənləşdirilməyib.

abş iran hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti