Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 12:07
İran xarici işlər naziri Abbas Əraqçinin Nyu-Yorka səfəri baş tutmayacaq. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib. O qeyd edib ki, viza problemi yarandığı üçün səfər ləğv edilib. Qeyd edək ki, Əraqçi Çinin BMT Təhlükəsizlik Şurasına dövri sədrliyi çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə dair xarici işlər nazirlərinin xüsusi iclasına dəvət olunmuşdu.
Haşim Rahimi Əraqçi ABŞ viza
Mənbə: apa.az