Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 14:18
Ermənistanın gələcək iqtisadi inteqrasiya yolunun seçim məsələsi açıq qalır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından ayrılarsa, İrəvanın hazırda istifadə etdiyi "güzəştli qaz qiymətləri" mövcud olmayacaq.
Peskov vurğulayıb ki, Moskva ilə İrəvan dialoqlarını davam etdirir və Ermənistanla təmaslar davam etdiriləcək.
Kremlin sözçüsü qeyd edib ki, Moskva Baş nazir Nikol Paşinyanın Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı ilə bağlı açıqlamalarını eşidib.
Fərid Əkbərov Krem İrəvan Avropa İttifaqı Rusiyanın güzəştli qazıMənbə: apa.az