Tramp: İranla razılaşma ya möhtəşəm olacaq, ya da olmayacaq

Tramp: İranla razılaşma ya möhtəşəm olacaq, ya da olmayacaq

Tarix: 25 May 2026 14:50

İranla razılaşma ya möhtəşəm və mənalı olacaq, ya da ümumiyyətlə olmayacaq.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Bu razılaşma 2015-ci ildə imzalanmış fəlakətli nüvə proqramı sazişinin tam əksi olacaq. Bu razılaşma uğursuz Obama administrasiyası tərəfindən müzakirə edilmişdi və İran üçün nüvə silahına açıq və birbaşa yol idi”, - Tramp qeyd edib.

Toğrul Quluzadə ABŞ prezidenti Donald Tramp İranla danışıqlar

Mənbə: apa.az

Xəbər Lenti