Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 16:39
Bu gün Rusiya ordusunun Ukraynanın Pavloqrad, Dnepr, Xarkov vilayətinin Derqaçi şəhəri və digər yaşayış məntəqələrinə endirdiyi raket və dron zərbələri nəticəsində 2 nəfər ölüb, 32 nəfər yaralanıb.
Bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində Xarkov vilayətində 1 nəfər ölüb, 19 nəfər yaralanıb, Dnepr şəhərində 2-si ağır olmaqla, 3 nəfər yaralanıb, Pavloqrad şəhərində 1 nəfər ölüb, yaralananların sayı 10-a çatıb, çox sayda tikili dağıdılıb.
İlqar Xudiyev Rusiya ordusu Ukrayna dron və raket zərbəsi
Mənbə: apa.az