Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 16:28
İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmmədbaqir Qalibafın Qətərə səfər etdiyinə dair xəbər təsdiqlənib.
Bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran nümayəndə heyəti Əraqçi və Qalibafın rəhbərliyi ilə Qətərə səfər edib.
Səfər zamanı Qətər rəsmiləri ilə İran-ABŞ müharibəsinin sonlandırılması ilə bağlı məsələlərin müzakirə ediləcəyi qeyd olunub.
***
16:17
İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.
“Reuters”in xəbərinə görə, iranlı nümayəndələr paytaxt Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşəcəklər.
Görüşün gündəliyində İran-ABŞ müharibəsinin sonlandırılması, Hörmüz boğazı və zənginləşdirilmiş uran maddəsi olacaq.
Qeyd edək ki, bundan əvvəl İranın Mərkəzi Bankının direktoru Əbdülnasir Hemmətinin Qətərə səfər etdiyi və İranın bloklanmış aktivlərinin azad edilməsinin müzakirə olunacağı bildirilib.
Toğrul Quluzadə Abbas Əraqçi İran XİN rəhbəri parlament spikeri Qalibaf Qətərə səfər
Mənbə: apa.az