UNEC rektoru Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Dövlət Komissiyasının yaradılmasını təklif edib

Tarix: 04 Apr 2024 10:16

UNEC rektoru, professor Ədalət Muradov yeni təkliflə çıxış edib.

APA xəbər verir ki, UNEC rektoru, professor Ədalət Muradov rəsmi facebook səhifəsində ali təhsilin rəqəmsallaşmasını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, eləcə də bu istiqamətdə digər önəmli məqamları nəzərə alaraq, təkliflə çıxış edib:

“Müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Dövlət Komissiyasının yaradılmasını təklif edirik”.

Xəbər Lenti