Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Tarix: 26 May 2026 13:18

Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” və “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərarlarda əksini tapıb.

Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Aşağıdakı hakimlər isə vəzifələrinin dəyişdirilərək, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Eyni zamanda Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən apellyasiya məhkəmələrinin hakimlərini təyin edir.

Firuzə Vahid Milli Məclis Şəki Şirvan apellyasiya məhkəməsi hakim

Mənbə: apa.az

Xəbər Lenti