Ailə Konsepsiyası hazırlanıb

Ailə Konsepsiyası hazırlanıb

Tarix: 26 May 2026 13:13

Ailə Konsepsiyası hazırlanıb.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, artıq sənəd hazırlanıb və aidiyyəti dövlət orqanlarına göndərilib: “Onlar da öz təkliflərini təqdim edirlər. Bu sənəd müasir dövrdə Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələri müəyyən edən siyasi çərçivə sənədi olmalıdır. Daha sonra sənədin icrası ilə bağlı fəaliyyət planları da qəbul ediləcək və həyata keçiriləcək. İkinci sənəd isə Uşaq Strategiyası üzrə 2026–2030-cu illəri əhatə edən ikinci fəaliyyət planıdır. Hazırda həmin sənədin də yekunlaşdırılması istiqamətində iş aparılır. Onun icrası da bu məsələlərə ciddi təsir göstərəcək”.

Firuzə Vahid Ailə Konsepsiyası

Mənbə: apa.az

Xəbər Lenti