Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib

Tarix: 26 May 2026 15:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə tədbirlər planının icrası işlərinin davamı olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş keçirilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

"Onların da cəza müddəti başa çatdıqdan sonra qurum tərəfindən ailələrinə səfərlər təşkil ediləcəyi və sosial xidmətlərə olan tələbatının qiymətləndiriləcəyi bildirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin ediləcəkləri diqqətə çatdırılıb. Həmçinin məhkumları maraqlandıran suallar cavablandırılıb",- məlumatda qeyd olunub.

Günay Elşən ƏƏSMN Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyi məhkum
Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib
Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib
Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib

Mənbə: apa.az

Xəbər Lenti