Qarabağla Şərqi Zəngəzurda sakinlər və işəgötürənlərlə görüşlər keçirilib

Qarabağla Şərqi Zəngəzurda sakinlər və işəgötürənlərlə görüşlər keçirilib

Tarix: 26 May 2026 15:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocavənd, Zəngilan, Cəbrayıl və Laçın rayonlarında sakinlərlə növbəti səyyar görüşlər keçirilib.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, görüşlərdə onların məşğulluq imkanları qiymətləndirilib, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılıb. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilib.

Sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılıb.

Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən Laçın rayonunda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş də keçirilib. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Agentliyin fəaliyyət istiqamətləri, aktiv məşğulluq proqramları, işəgötürənlərlə birgə icra etdiyi layihələr diqqətə çatdırılıb, Qarabağ Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimat edilib.

Əlavə iş yerlərinin yaradılması, məqsədli proqramlar barədə də işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb",- məlumatda qeyd edilib.

Günay Elşən ƏƏSMN Dövlət Məşğulluq Agentliyi
Qarabağla Şərqi Zəngəzurda sakinlər və işəgötürənlərlə görüşlər keçirilib
Qarabağla Şərqi Zəngəzurda sakinlər və işəgötürənlərlə görüşlər keçirilib
Qarabağla Şərqi Zəngəzurda sakinlər və işəgötürənlərlə görüşlər keçirilib

Mənbə: apa.az

Xəbər Lenti