Azərbaycanda bayram tətili başlayıb

Azərbaycanda bayram tətili başlayıb

Tarix: 27 May 2026 00:01

Azərbaycanda bayram tətili başlayıb.

APA xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır.

Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günüdür.

Eyni zamanda, bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.

Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.

bayram tətili Nazirlər Kabineti Müstəqillik günü 28 may Əmək Məcəlləsi Qurban bayramı

Mənbə: apa.az

Xəbər Lenti