Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 050 dolları ötüb

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 050 dolları ötüb

Tarix: 22 Oct 2026 17:40

Avropada noyabr ayı üzrə qaz fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 050 dolları ötüb. Bu, 2022-ci ilin dekabrından bəri ilk dəfə qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlandda yerləşən TTF qaz qovşağında noyabr ayı üzrə fyuçerslərin qiyməti 1 000 kubmetr üçün təxminən 1 055 dollar və ya 1 MVt·saat üçün 91,07 avro təşkil edib.

Qeyd edək ki, TTF (Title Transfer Facility) Niderlandda yerləşən virtual qaz ticarəti qovşağıdır. TTF-də formalaşan fyuçers qiymətləri Avropa qaz bazarı üçün əsas qiymət göstəricilərindən biri hesab olunur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Emil İsmayılov Aİ TTF qazın qiyməti TAP

Mənbə: apa.az

Xəbər Lenti