Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 18:34
Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.
APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.
Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.
ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.
“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb.
İlqar Xudiyev Vens Rusiya Ukrayna ABŞ sülh danışıqlarıMənbə: apa.az