Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 11:08
Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onların reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub:
"Aparılan işlərin nəticəsi olaraq həmin qazilərimizdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.
Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir".
Emin Şirvanzadə Zəfər tarixi reabiltasiya qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya AgentliyiMənbə: apa.az