Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib

Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib

Tarix: 27 May 2026 14:53

Macarıstan parlamentində ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasını ləğv edən qanun layihəsi üzrə səsvermə keçirilib.

AFP-nin xəbərinə görə, deputatların əksəriyyəti Macarıstanın BCM-ə üzvlüyünü dayandırmaqla bağlı qərarın ləğv olunmasını dəstəkləyib.

Belə ki, 199 parlament üzvündən 133-ü qərarın ləğv olunmasının lehinə, 37-si isə əleyhinə səs verib, 5 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxması sabiq Baş nazir Viktor Orbanın təklifi ilə baş tutub. Yeni Baş nazir Peter Maqyar isə bu qərarın ləğv ediləcəyini açıqlayıb. O, mayın 25-də qərarın ləğv olunması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.

Toğrul Quluzadə Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsi Peter Maqyar

Mənbə: apa.az

Xəbər Lenti