Putin Qazaxıstana səfər edib

Putin Qazaxıstana səfər edib

Tarix: 27 May 2026 18:32

Rusiya prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinə gedib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidentinin təyyarəsi Astana hava limanına enib.

Putin səfəri zamanı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli görüş keçirəcək, mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqı Sammitində iştirak edəcək.

Fərid Əkbərov Rusiya Qazaxıstan Putin Kasım-Jomart Tokayev

Mənbə: apa.az

Xəbər Lenti