Mis konsentratı istehsalı 13 dəfədən çox artıb

Mis konsentratı istehsalı 13 dəfədən çox artıb

Tarix: 27 May 2026 18:23

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 12,5 milyard manat təşkil edib.

“APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 8,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 13 milyard kub metr təşkil edib.

Hesabat dövründə 398,9 milyon manatlıq metal filizlər hasil edilib. Bundan 9 013,2 ton mis konsentratı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə çoxdur.

Bununla yanaşı, dövr ərzində 1 304,8 kq qızıl, 826 kq gümüş istehsal edilib.

İlahə Səlimova metal filiz hasilat neft təbii qaz mədənçıxama sənayesi qızıl gümüş mis konsentratı

Mənbə: apa.az

Xəbər Lenti