Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 18:04
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə Ukraynada Hava Hücumundan Müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.
Bu barədə Ukrayna mediası prezidentin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıb.
"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.
Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dan asılı olduğu vurğulanır.
Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.
Ukrayna Volodimir Zelenski ABŞ Donald TrampMənbə: apa.az