Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 21:13
ABŞ prezidenti Donald Tramp İrana qarşı zərbələrin yenidən başlana biləcəyini istisna etməyib.
APA xəbər verir ki, o, bu barədə Ağ Evdə Nazirlər Kabinetinin iclasında danışıb.
“Görək nə baş verəcək. Ola bilsin ki, biz İrana zərbələr endirməyə yenidən qayıtmalı və bu məsələyə son qoymalı olacağıq, ola bilsin ki, yox”, - Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ hələlik Tehranla aparılan danışıqlarda İranın mövqeyindən razı deyil.
“Düşünürəm ki, hazırda hər şey onların sadəcə razılaşma əldə etmək istədiyini göstərir. Hesab edirəm ki, onların başqa seçimi yoxdur”, –Tramp əlavə edib.
ABŞ İran TrampMənbə: apa.az