Azad edilmiş ərazilərdə məşğulluğu təmin edilən şəxslərin sayı açıqlanıb

Azad edilmiş ərazilərdə məşğulluğu təmin edilən şəxslərin sayı açıqlanıb

Tarix: 28 May 2026 11:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib.

"Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb.

Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib", - məlumatda qeyd edilib.

Günay Elşən ƏƏSMN Dövlət Məşğulluq Agentliyi məşğulluq

Mənbə: apa.az

Xəbər Lenti