ABŞ səfirliyi: Vaşinqton 1999-cu ildən minalarla mübarizədə Azərbaycana 38 milyon dollar həcmində yardım edib

Tarix: 04.04.2024 20:47

Birləşmiş Ştatlar 1999-cu ildən minalarla mübarizədə Azərbaycana 38 milyon dollar yardım edib.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günündə ABŞ bütün dünyada bu təhlükələrin azaldılmasına sadiqdir və 120-dən çox ölkəyə, o cümlədən 1999-cu ildən Azərbaycana ayırdığı 38 milyon dollara yaxın yardım etməklə adi silahların məhv edilməsinin aparıcı maliyyə dəstəkçisidir”, - paylaşımda deyilir.

Xəbər Lenti