Azərbaycan neftinin son ticarət qiyməti 100 dollardan yuxarı olub

Azərbaycan neftinin son ticarət qiyməti 100 dollardan yuxarı olub

Tarix: 29 May 2026 10:11

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb.

“APA-Economics” xəbər verir ki, Azərbaycan neftinin etalon markası olan “Azeri Light” neftinin bir barelinin qiyməti 100,57 ABŞ dolları təşkil edib. Bu isə əvvəlki qiymətlə müqayisədə 1,73 dollar və ya 1,69% azdır.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki ticarət qiyməti 102,30 dollar təşkil edib.

Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində Azərbaycan neftinin orta qiyməti 65 dollar müəyyən edilib.

Rahim Tarıverdiyev neft birja Azeri Light Azərbaycan

Mənbə: apa.az

Xəbər Lenti