Şənbə, 30 May, 2026
Tarix: 30 May 2026 16:32
Rusiyanın Yakutiya vilayətində yerləşən İndiqirka çayında buzların qəfil hərəkətə başlaması nəticəsində 10 gəmi sahildən ayrılaraq axına qoşulub .
APA xəbər verir ki, bu barədə Yakutiya Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buz axınının qəfil başlaması nəticəsində gəmiləri sahildə saxlayan troslar və lövbər zəncirləri qırılıb.
Gəmilərdən 5-i Lena Hövzəsi Daxili Su Yolları Administrasiyasına, digər 5-i isə LORP gəmiçilik şirkətinə məxsusdur.
Nazirlik bildirib ki, vəziyyət Yakutiya hökumətinin nəzarətindədir. Hadisə barədə səlahiyyətli qurumlara məlumat verilib və müvafiq tədbirlər görülür.
Rusiya gəmiMənbə: apa.az