Rusiyada çayda buzların hərəkətə başlaması nəticəsində axın 10 gəmini aparıb

Rusiyada çayda buzların hərəkətə başlaması nəticəsində axın 10 gəmini aparıb

Tarix: 30 May 2026 16:32

Rusiyanın Yakutiya vilayətində yerləşən İndiqirka çayında buzların qəfil hərəkətə başlaması nəticəsində 10 gəmi sahildən ayrılaraq axına qoşulub .

APA xəbər verir ki, bu barədə Yakutiya Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, buz axınının qəfil başlaması nəticəsində gəmiləri sahildə saxlayan troslar və lövbər zəncirləri qırılıb.

Gəmilərdən 5-i Lena Hövzəsi Daxili Su Yolları Administrasiyasına, digər 5-i isə LORP gəmiçilik şirkətinə məxsusdur.

Nazirlik bildirib ki, vəziyyət Yakutiya hökumətinin nəzarətindədir. Hadisə barədə səlahiyyətli qurumlara məlumat verilib və müvafiq tədbirlər görülür.

Rusiya gəmi

Mənbə: apa.az

Xəbər Lenti