Tacikistan rəsmisi: İqlim dəyişiklikləri hidroloji rejimlərə birbaşa təsir göstərir

Tacikistan rəsmisi: İqlim dəyişiklikləri hidroloji rejimlərə birbaşa təsir göstərir

Tarix: 01 Jun 2026 16:02

İqlim dəyişiklikləri Tacikistanda hidroloji rejimlərinə birbaşa təsir göstərir.

APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Tacikistanın Energetika və Su Ehtiyatları nazirinin müavini Şərif Səfərəli Məhmədzoda bildirib.

"Dayanıqlı inkişaf və elektrik enerjisi istehsalının, xüsusilə hidroenergetika hesabına artırılması istiqamətində fəaliyyət göstərsək də, açıq şəkildə etiraf edirik ki, iqlim dəyişiklikləri ölkəmizin hidroloji rejimlərinə birbaşa təsir göstərir", - nazir müavini qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliklərinə uyğunlaşmaq məqsədilə Tacikistan bərpa olunan enerji mənbələri, ilk növbədə günəş və külək enerjisi hesabına elektrik enerjisi istehsalını artırmağı planlaşdırır.

Şərif Səfərəli Məhmədzoda bildirib ki, Tacikistanın 2030-cu ilədək Milli İnkişaf Strategiyası ölkənin enerji balansının şaxələndirilməsini nəzərdə tutur. Yalnız 2027-ci ilədək günəş və külək elektrik stansiyaları hesabına generasiya güclərinin ən azı 1500 MVt artırılması planlaşdırılır.

"Bu istiqamətdə artıq praktiki işlər həyata keçirilir. Beynəlxalq təşkilatların və özəl tərəfdaşların dəstəyi ilə bir neçə günəş elektrik stansiyasının tikintisi layihələri üzərində iş aparılır", - nazir müavini vurğulayıb.

Emil İsmayılov iqlim hidroloji rejim

Mənbə: apa.az

Xəbər Lenti