Bazar ertəsi, 26 Oktyabr, 2026
Tarix: 26 Oct 2026 16:04
"Yandex" üç superkompüteri yeni yerlərə köçürüb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunlar Lyapunov, Qaluşkin və Çervonenkis superkompüterləridir.
Bildirilib ki, avadanlıqlar işə düşdükdən sonra "Yandex"in xidmət infrastrukturuna yenidən daxil ediləcək.
Qeyd edək ki, Ukrayna oktyabr ayında "Yandex"in Ryazan, Kaluqa və Vladimir vilayətlərindəki data mərkəzlərinə dron hücumu edib. Superkompüterlərin data mərkəzlərinə edilən hücumlardan zərər görmədiyi bildirilib.
Fərid Əkbərov Rusiya Yandex Ukrayna dron\Mənbə: apa.az