Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Tarix: 26 Oct 2026 16:15

Paytaxtın Suraxanı rayonunda aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil olunub.

APA-Economics xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Cavid Cabbarzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar 106, 141, 168 və 169 nömrəli marşrutların avtobusları Heydər Əliyev prospekti, 214A nömrəli marşrutun avtobusları isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.

Emil İsmayılov AYNA avtobus

Mənbə: apa.az

Xəbər Lenti