Beynəlxalq şirkətlərlə Abşeron yatağının işlənməsi layihəsi üzrə görülən işlərə baxılıb

Beynəlxalq şirkətlərlə Abşeron yatağının işlənməsi layihəsi üzrə görülən işlərə baxılıb

Tarix: 01 Jun 2026 17:17

"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi və XRG şirkətinin Beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl Əryani arasında görüş keçirilib.

Bu barədə "APA-Economics"ə SOCAR-dan bildirilib.

Görüşdə SOCAR, “TotalEnergies” və XRG şirkətləri arasında enerji sektorunda uğurla həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsi üzrə görülən işləri nəzərdən keçiriblər. Bu xüsusda, SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında Abşeron qaz-kondensat yatağından Türkiyəyə uzunmüddətli qaz təchizatı ilə bağlı sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.

Əşrəf Mehdiyev enerji qaz-kondensat
Beynəlxalq şirkətlərlə Abşeron yatağının işlənməsi layihəsi üzrə görülən işlərə baxılıb
Beynəlxalq şirkətlərlə Abşeron yatağının işlənməsi layihəsi üzrə görülən işlərə baxılıb

Mənbə: apa.az

Xəbər Lenti