Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 17:58
Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi strateji layihələr vasitəsilə Azərbaycan uzun illərdir ki, regional və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirliyi Pərviz Şahbazov Bakıda keçirilən D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü zamanı bildirib.
Onun sözlərinə görə, hazırda isə bu rol Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında formalaşdırılan yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişləndirir.
"Eyni zamanda, Avropada yaşıl keçidin sürətlənməsi, gələcək qaz tələbatı ilə bağlı qeyri-müəyyənliklər və qlobal enerji bazarlarında artan rəqabət Azərbaycanın enerji diplomatiyasını daha geniş coğrafiyada gücləndirməsi və genişləndirməsi zərurətini daha da aktuallaşdırır", - nazir qeyd edib.
O vurğulayıb ki, artan geosiyasi gərginliklər, enerji bazarlarındakı dəyişkənlik, təchizat zəncirlərindəki pozuntular, elektrikləşmənin sürətlənməsi və yaşıl keçid qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırır.
Pərviz Şahbazovun sözlərinə görə, bu proseslər göstərir ki, yalnız bir mənbəyə, bir marşruta və ya bir bazara arxalanmaq artıq davamlı və etibarlı strategiya deyil. Yeni geosiyasi reallıqlar şəraitində enerji siyasətlərinin şaxələndirilməsi, yeni bazarlara çıxışın genişləndirilməsi və yeni tərəfdaşlıqların formalaşdırılması dövlətlərin strateji dayanıqlığının gücləndirilməsi üçün vacib amillərə çevrilib.
"Azərbaycan enerji təhlükəsizliyi ilə enerji keçidi arasında balanslaşdırılmış yanaşmanı ardıcıl şəkildə həyata keçirir, eyni zamanda neft və qazdan elektrik enerjisinə və yaşıl enerjiyə qədər uzanan regional enerji dəhlizlərini inkişaf etdirir", - nazir bildirib.
Emil İsmayılov enerji diplomatiyaMənbə: apa.az