Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

Azərbaycan nefti 100 dollardan yuxarı səviyyədə ticarət olunur

Tarix: 05 Jun 2026 09:46

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,62 ABŞ dolları və ya 3,47% azalaraq 100,78 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104,4 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Emil İsmayılov Azərbaycan nefti Azeri Light

Mənbə: apa.az

Xəbər Lenti