“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib

“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib

Tarix: 05 Jun 2026 16:57

Azərbaycan Mərkəzi Bankı “BakıKart”ın operatoru olan “K Group” MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tənzimləyici tərəfindən 02.06.2025 - 03.07.2025-ci il tarixlərində “K Group” MMC-də keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq, “K Group” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə əsasən 4 000 manat məbləğində cərimə edilib.

İlahə Səlimova BakıKart K Group MMC cərimə Azərbaycan Mərkəzi Bankı

Mənbə: apa.az

Xəbər Lenti