Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb

Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb

Tarix: 06 Jun 2026 09:32

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 3,1% azalaraq 4,365.3 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 6,58% azalaraq 69.1 ABŞ dolları təşkil edib.

İlahə Səlimova qızıl gümüş COMEX

Mənbə: apa.az

Xəbər Lenti