Bazar ertəsi, 8 İyun, 2026
Tarix: 08 Jun 2026 12:18
Bu ilin aprel ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 2,8% artaraq 23 mlrd. kubmetr olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qaza tələbatın artması əsasən Avropanın geniş ərazilərində müşahidə olunan daha soyuq hava şəraiti fonunda əhalinin isitmə ehtiyaclarının yüksəlməsi ilə əlaqədar olub.
Bildirilir ki, eyni dövrdə ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 1,6% azalaraq 65,5 mlrd. kubmetr səviyyəsində olub.
“Bu, istehsal fəaliyyətinin zəifləməsi ilə bağlı olub və iqtisadi dalğalanmaların mövsümi enerji tələbatına təsirinin getdikcə daha çox artdığını göstərir”, - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov GECF qazın istehlakı Aİ ABŞ TAPMənbə: apa.az