Milli Məclis və Çex Parlamentinin Deputatlar Palatasının sədrlərinin görüşü olub

Tarix: 02 Dec 2023 10:53

Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Deputatlar Palatasının sədri parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı əməkdaşlığının vacibliyini diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısıdır. O cümlədən, Azərbaycanın Çex Respublikasının ikinci neft tədarükçüsü olduğu vurğulanıb.

Milli Məclisin sədri deyib ki, iki ölkənin parlamentləri olaraq, əməkdaşlığı daha da inkişaf etdirmək, həmçinin parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi vacibdir. Bu aspektdə parlamentlərimiz arasında körpü rolunu oynayan dostluq qruplarının birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın regionda daimi sülhün təmin olunmasını istədiyini deyən Sahibə Qafarova onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və Azərbaycan sülhə hazırdır.

Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova sülh danışıqlarını dəstəklədiklərini və regionda daimi sülhün bərqərar olmasının önəmini ifadə edib.

Sonra Milli Məclisin sədri xatirə kitabını imzalayıb.

Xəbər Lenti