Azərbaycan neftinin qiyməti 95 dollar olub

Azərbaycan neftinin qiyməti 95 dollar olub

Tarix: 10 Jun 2026 09:19

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,82 ABŞ dolları və ya 4,8% ucuzlaşaraq 95,27 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100,09 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Emil İsmayılov Azərbaycan nefti Azeri Light

Mənbə: apa.az

Xəbər Lenti