Yaxın Şərq böhranı qlobal fond bazarlarını enişə sürükləyib

Yaxın Şərq böhranı qlobal fond bazarlarını enişə sürükləyib

Tarix: 11 Jun 2026 07:46

Qlobal fond bazarlarında satış təzyiqi güclənib və əsas indekslər günü mənfi zonada başa vurub.

"APA-Economics" xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 1,87% və ya 953,33 bənd azalaraq 49 918,78 bəndə, S&P 500 1,62% və ya 119,66 bənd enərək 7 266,99 bəndə, “Nasdaq Composite “isə 1,98% və ya 509,32 bənd geriləyərək 25 169,50 bəndə düşüb. Kanada bazarında “S&P/TSX Composite” indeksi 0,76% azalaraq 34 151,32 bənd olub.

Avropada da mənfi dinamika üstünlük təşkil edib. “Euro Stoxx” 50 0,66%, Almaniyanın “DAX” indeksi 0,97%, Fransanın “CAC” 40 indeksi isə 0,51% geriləyib. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,27% artımla müsbət zonada qalan azsaylı göstəricilərdən olub.

Asiya-Sakit Okean regionunda da satışlar davam edib. Yaponiyanın Nikkei 225 indeksi 1,46%, Topix 1,54%, Honq Konqun Hang Seng indeksi 1,61%, Çinin CSI 300 indeksi 1,08%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,43% azalıb.

Bazar iştirakçıları Yaxın Şərqdə davam edən gərginliyin qlobal iqtisadi artıma və enerji təchizatına təsiri ilə bağlı narahatlıqları qiymətləndirir. Eyni zamanda, investorlar ABŞ-də inflyasiya göstəriciləri və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı siqnalları izləyirlər.

Rahim Tarıverdiyev indeks

Mənbə: apa.az

Xəbər Lenti