, 8 Mart, 2026
Tarix: 20 Apr 2024 15:59
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının əldə etdiyi Razılaşma ilə bağlı bəyanat yayıb. APA xəbər verir ki, bəyanatda deyilir:
"Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq. Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır".