Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 15 Jun 2026 22:45
Avropa İttifaqı və Ukrayna arasında üzvlük danışıqları rəsmi olaraq başlayıb.
APA xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta "X" sosial şəbəkə hesabında bildirib.
“Bu gün Ukraynanın Aİ-də gələcəyinə doğru tarixi addım atırıq və üzvlüklə bağlı rəsmi danışıqlara başlayırıq”, - deyə o qeyd edib.
Danışıqlar Lüksemburqda keçirilən hökumətlərarası konfrans çərçivəsində başlanıb.
Avropa İttifaqı Ukrayna Antonio Kosta Aİ
Mənbə: apa.az