Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 08:13
ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan "B-52 Stratofortress" strateji bombardmançısının 8 nəfərlik heyətin hamısı həlak olub.
APA xəbər verir ki, bu barədə Edvards aviabazasının "X" hesabında məlumat verilib.
Məlumata görə, B-52 bombardmançısı planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Hadisə Mojave səhrasında, Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib.
Qəzanın səbəbləri araşdırılır.
*** 23:23 ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
"FOX21 News Colorado" xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib. Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.
Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir.
ABŞ B-52 Stratofortress Kaliforniya
Mənbə: apa.az