Çərşənbə axşamı, 16 İyun, 2026
Tarix: 16 Jun 2026 07:47
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı məlumatları yalan adlandırıb.
APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.
“İran nüvə silahına malik olmamağa razılaşıb. ABŞ-ın İrana 300 milyon dollar ödəyəcəyi barədə məlumat qəsdən faktların təhrif edilməsidir”, - deyə ABŞ lideri bildirib.
O, bu məlumatın yayılmasına görə demokratları ittiham edib.
Donald Tramp ABŞ İran
Mənbə: apa.az